Balıq
Balıq immuniteti və ürək xəstəlikləri üçün istehlak edilməsi lazım olan qidaların ən başında iştirak edir. Balıq omeqa 3 yağ turşuları baxımından zəngindir. Balıq yemək tənəffüs yolu iltihabını azaltmağa da köməkçi ola bilər. Beləcə, tıxanıqlıq və ağrı idarəsini asanlaşdırır.
Sarımsaq
Milli.Az deyerler.org-a istinadən bildirir ki, sarımsaq təbii bir antibiotikdir. Ümumiyyətlə sarımsaq, immuniteti nizmalayır, burun tıxanıqlığı və müxtəlif infeksiya xəstəliklərin yaşanmasına mane olur.
İspanaq
İspanaq içərisində bol miqdarda dəmir və C vitamini ehtiva edir. Eyni zamanda kalorisi olduqca aşağı olan bu tərəvəz immunitetinizi gücləndirmənizə köməkçi olaraq, qripə mane olur.
Naringi və portağal
Naringi və portağalın tərkibində bol miqdarda C vitamini var. Nizamlı olaraq istehlak edilən naringi və portağal hüceyrələrin bərpasını təmin edir və qripə mane olur.
Nar
Nar tərkibində yüksək miqdarda C vitamini ehtiva edir. Narın özünü və ya qatıqla birlikdə istehlak edə bilərsiniz.
Milli.Az