Loğmanın oğlu nə üçün iftarsız qaldı?

9 Fevral 2019 08:46

Loğman oğluna dedi:

- Bu gün yemək yemə və oruc tut və hər nə dilinə gətirmisənsə yaz. Axşam yazdıqlarını mənim üçün oxu. Ondan sonra orucunu aç və yemək ye.

Oğlan axşam hər nə yazmışdırsa, oxudu. Gec oldu və yemək yeyə bilmədi.

İkinci gündə də belə oldu və oğlan heç bir yemək yemədi.

Üçüncü gündə də danışdıqlarını yazdı və axşam oxumağa başladı. Yenə də qurtara bilmədi  və heç bir yemək yeyə bilmədi.

Dördüncü gündə isə oğlan heç bir söz danışmadı.

Axşam atası ondan istədi ki, kağızları gətirsin və yazdıqlarını oxusun.

Oğlan dedi:

- Bu gün heç nə deməmişəm ki, oxuyum.

Loğman (ə) dedi:

- Elə isə gəl otur və süfrədə olan bu çörəkdən ye və bil ki, Qiyamət günündə az danışan şəxslər (haqq hesablarının tez bitdiyi ve ilahi nemətləri daddığı üçün) sənin keçirdiyin sevinc hissini keçirəcəklər.

Milli.Az