Gey və lezbiyan mövzusunda klip çəkdirən məşhurlarımız - SİYAHI

7 Fevral 2019 17:59

Hər zaman müzakirə edilən LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) mövzusu Azərbaycanda da birmənalı qarşılanmır. Amma buna baxmayaraq bir çox ekran işlərində üstüörtülü olsa da, bu mövzular əks etdirilir. Elə bizim şou-biznesdə də bu tənqidi mövzuya yer verən ifaçılar az olmayıb. 

Milli.Az axşam.az-a istinadən LGBT mövzusuna yer verilən kliplərimizi təqdim edir:

"O səs Türkiyə"də birinci olan, daha sonra tənqidlərdən qaçmaq üçün qardaş ölkəyə köçən Elnur Hüseynov "Vibration" klipində iki oğlanın sevgisini əks etdirib.

"Səs Azərbaycan" yarışmasında iştirakçı olan Albina adlı ifaçının "Tək sən" adlı klipində lezbiyanlıq təbliğ edilib.

Eldar Qasımov da "Canım" klipində LGBT mövzusunu əks etdirib və iki qızın səmimi münasibətini göstərib. 

"Youtube"da Ya Tosiba adı ilə qeyd edilən və "Molla" adlı mahnısına klip çəkdirən şəxs də ekran işində iki qızın öpüşməyini əks etdirib.

Milli.Az