“Görünüşüm kasıb olmağa imkan vermir”

7 Fevral 2019 20:29

"Ufak tefek Cinayetler" serialı ilə gündəmə gələn Bade İşçil ancaq varlı obrazlar oynamasına bildirilən iradlardan danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi görünüşünün kasıb obrazlara uyğun olmadığını bildirib.

"Seriallarda ancaq varlı qadın obrazı canlandırıram. Çünki görünüşüm buna icazə vermir. Əslində, imicim dəyişilsə, kasıb da ola bilərəm. Ancaq prodüserlərdən yalnız varlı obrazlara təklif alıram. Məndən qərb qadını çıxmaz bəlkə də, amma kəndli ola bilərəm" deyə, Bade söyləyib.

Qeyd edək ki, aktrisa "Ezel" serialındakı obrazından sonra tanınmağa başlayıb.

Milli.Az