ABŞ-da universitetin həyətində girən şəxs insanlara atəş açdı

7 Fevral 2019 11:15

ABŞ-ın Vaşinqton ştatının Ellensburq şəhərindəki Mərkəzi Vaşinqton Universitetinin həyətində bir nəfər silahlı şəxs qarşısına çıxanlara atəş açıb.

Milli.Az report-a istinadən xəbər verir ki, ali məktəbin həyətində ikinci silahlı şəxsin olduğu da bildirilib.

Lakin bu məlumat hələ təsdiqlənməyib. 

Silahlı hücum nəticəsində ölən və yaralanan olmayıb.

Polis əməkdaşları hadisə yerində axtarış-əməliyyat tədbiri keçirib. Hadisənin səbəbi məlum deyil. 

Milli.Az