Kəmalə Müzəffər yeni serialla qayıdır

7 Fevral 2019 11:29

Xalq artisti Kəmalə Müzəffər "Vicdan haqqı" və "Ögey ana" seriallarından sonra yeni ekran işi ilə geri dönür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, serial "Qara yazı" adlanır.

Müzəffər ekran əsərində məhbus "Gülsüm" obrazına həyat verəcək.

Bundan başqa serialda əməkdar artist İlqar Cahangir, aktyorlar Tural Əhməd, Günel İmanova, Elgün Həmidov və başqaları çəkilir.

Milli.Az