Avstraliyadan Türkiyənin mövqeyinə dəstək

8 Aprel 2010 09:11
Avstraliyanın xarici işlər naziri "Dünyaya baxış" beynəlxlaq sərgi ilə bağlı SBS radiosuna verdiyi müsahibədə bildirmişdir ki, hökumət 1915-ci il hadisələrindən bəhs edərkən "soyqırımı" sözünü işlətməməyi qərara alıb.

Bu barədə Parisdə fransız dilində nəşr olunan "Ermənistan xəbərləri" qəzeti məlumat yayıb.

Bununla da, Avstraliya Türkiyə-Ermənistan arasında protokolda 1915-ci ildə guya ermənilərin "soyqırımı"na məruz qalması məsələsinin tarixçilər tərəfindən araşdırılması barədə Türkiyənin təklifini dəstəklədiyini bəyan edib.

Hökumətin üç üzvü qondarma "erməni soyqırımı"na hökumətin yeni münasibətinin əleyhinə olduqlarını bildirib.

/AzərTAc/