“Moody's”: Azərbaycanın bank sektoru MDB-də ən yüksək göstəriciyə malikdir

5 Fevral 2019 17:27

"Azərbaycanın bank sektoru kapitallaşma baxımından MDB-də ən yüksək göstəriciyə malikdir". 

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin yeni hesabatında bildirilir. 

Qurum rəyini ölkənin ən iri bankı olan "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə dövlətin göstərdiyi maliyyə yardımları ilə izah edir. 

Bundan əlavə, sənəddə MDB ölkələrində iqtisadi artımın sürətləndiyi, bununla əlaqədar bütün regionda əməliyyat mühitinin yaxşılaşdığı qeyd olunur: "MDB ölkələrinin iqtisadiyyatlarının 2017-2018-ci illərdə bərpa olunmasından sonrakı yaxın 2 il ərzində artım nümayiş etdirəcəklərini gösləyirik. MDB ölkələrinin bank sektoruna dair proqnozumuz müsbətdir". 

Milli.Az