Ermənistanda savaş güclənir - Akopyan

5 Fevral 2019 20:09

Hakimiyyətin fərqli qruplaşmaları arasında mübarizə gərginləşir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rusiyalı polittexnoloq Vigen Akopyan deyib.

"Strateji əhəmiyyət daşıyan sferalar inqilabda aktiv iştirak etməyən peşəkarlara verilib. Bu sferalar daha çox Mərkəzi Bank, Müdafiə Nazirliyi, Dövlət Gəlirləri Komitəsi, Maliyyə Nazirliyinə aiddir. Bu sahələr təcrübələrdən kənarda qalır. Nikol Paşinyan riskə getməyib. Digər sahələrə gəlincə, onlar müəyyən eksperimental zonalara çevriliblər. Oraya inqilabda iştirak edən şəxslər təyin ediliblər.

Hakimiyyətə Klinton və Sorosun fondları tərəfindən maliyyələşdirilən tamamilə fərqli cərəyanlar, partiyalar və təşkilatlar daxil edilib. Fərqli qruplar arasında mübarizə başlayıb. Müxtəlif maliyyə sektorlarına diqqət güclənir və buna daha çox Soros Fondundan maliyyəşənlər diqqət yetirirlər", - deyə o bildirib.

Milli.Az