"Whatsapp"da xoşagələn yenilik - FOTO

5 Fevral 2019 11:43

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "Whatsapp"a yeni funksiya əlavə edilib.

Milli.Az xəbər verir ki, yeni funksiya iOS platformalı telefonlar üçün nəzərdə tutulub.

Artıq iPhone və iPad modellərində "Whatsapp"a daxil olmaq üçün kod və ya barmaq izi tələb etmək mümkündür.

"Whatsapp"ın sonuncu versiyası ilə gələn yenilik hazırda proqramı dəstəkləyən bütün iOS istifadəçiləri üçün əlçatandır. Hətta proqrama girişi koda qoymaq üçün zaman müddəti seçimi də təqdim olunur.

Qeyd edək ki, əvvəllər iOS platformalı telefonlarda "Whatsapp"a girişi məhdudlaşdırmaq üçün xüsusi ödənişli proqramlar lazım idi.

Bəxtiyar Umarlı
Milli.Az