Dünyanın ən varlı bankları açıqlandı

4 Fevral 2019 18:34

"Brend Finans" şirkəti özünün "Bankinq 500" hesabatını dərc edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, "Banker" jurnalında dərc olunan reytinq cədvəlində dünyanın ən zəngin 500 bankının adı yer alıb. Siyahıya Çinin İCBC bankı rəhbərlik edib. Bankın dəyəri 79,8 milyard təşkil edib.

Ümumilikdə siyahıda ilk dörd pilləni Çin bankları tutublar. İlk onluqda isə 5 Çin bankı, 4 ABŞ və 1 Britaniya bankı yer alıb.

Şirkət Çin banklarının ümumi dəyərinin 407 milyard olduğunu və bunun ABŞ banklarının göstəricisindən 100 milyard çox olduğunu bildirib.

Siyahıda Rusiyanı 5, Türkiyəni 9, İranı isə 1 bank təmsil edib. Bu bankların içərisində ən yüksək pilləni Sberbank tutub. Belə ki, German Qrefin bankı 20-ci pillədə qərarlaşıb. Siyahıda həmçinin VTB Bank (122), Qazprombank (210), Alfabank (286), Promsvyazbank (491) da yer alıb.

Türk banklarına gəlincə, onların sırasında ən yüksək pilləni Ziraət Bankı (146) tutub. Siyahıda Qaranti Bankı (169), İş Bankı (179), Akbank (196), Yapı Kredi Bank (237), Xalq Bank (323), Vəqf Bank (337), Dəniz Bank (352), TEB Banka (481) da yer verilib. İranı siyahıda yalnız Bank Pasarqad (256) təmsil edə bilib.

MDB ölkələrindən siyahıya Rusiyadan başqa yalnız Qazaxıstanın Halk Bankı (308) düşüb.

Milli.Az