Paltarlar neçə vaxtdan bir təmizlənməlidir?

4 Fevral 2019 23:30

Paltar yumaq yorucu bir işdir. Amma sağlamlıq üçün geyimləri təmizliyinə ciddi şəkildə nəzarıt edilməlidir. 

Bəs hansı geyimlər hansı sıxlıqda yuyulmalıdır? 

Sütyenlər:

Milli.Az medicina.az-a istinadən bildirir ki, sütyen istifadəsi insandan fərqli olaraq dəyişir. Çox tərləyən qadınlar onu tez-tez dəyişməli və yumalıdırlar. Bu zaman bakteriyaların artmasının qarşısını ala bilərsiniz.

Papaq, əlcək və şərflər: 

Papaq, şərf və əlcəklər hər mövsümdə 3 dəfə yuyulmalıdır. 

Qısaqol köynək:

Qısaqol köynəklər hər gün dəyişilərək yuyulmalıdır. Altdan geyinildiyi üçün daha çox tərləməyə məruz qalır və  yuyulmadıqda bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.

Cins:

Cins materialdan olan geyimlər tez-tez yuyulduqda xarab olurlar. Bu səbəbdən də onları tez-tez yumağa ehtiyac yoxdur. Cins geyimlər yalnız ehtiyac olduqda ayda bir dəfə yuyula bilərlər. Onların çox çirklənməsinin qarşısını almaq üçün isə yaxşı olar ki, cins geyimləri tez-tez açıq havada havalandırasınız.
 
Dəri gödəkçələr:

Mövsüm ərzində bir dəfə dəri gödəkçələri quru təmizləmədə təmizlətdirə bilərsiniz.

Milli.Az