"Fatmagül"ün sevgilisi ortaya çıxdı
6 Oktyabr 2011 13:23
Rejissor Levent Semerci ilə 3 illik sevgi münasibətlərini ötən ay bitirən aktrisa Beren Saat bu dəfə bir əcnəbi ilə ortaya çıxıb. Milli.Az xəbər portalının "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, aktrisa İstanbulun Yeniköy rayonunda restorandan əcnəbi ilə çıxıb və jurnalistləri görən kimi ingilis dilində ona vəziyyəti izah edib. Əcnəbi gəncin cavabı isə "Ooo... very good" olub.
Yanındakı kişinin adını deməyən və dostu olduğunu israrla bildirən Beren Saat "Bu, yeni sevginizdirmi?" sualına təbəssümlə cavab verib.
Qeyd edək ki, "Fatmagülün suçu ne" serialında Fatmagül obrazını canlandıran Beren Saatın 27 yaşı var.
Milli.Az