"Facebook" hansı ölkələrdə populyardır? - REYTİNQ

6 Oktyabr 2011 14:49
Milli.Az xəbər portalı "Gizmodo"ya istinadən bildirir ki, nüfuzlu "ComScore" araşdırma şirkəti "Facebook" istifadəçilərinin sayı və sosial şəbəkədə keçirilən vaxtı nəzərə alaraq tədqiqat aparıb.
Siyahıda ilk yeri İsrail tutur. İsraillilər ayda orta hesabla 11,8 saatı "Facebook"da keçirirlər. İkinci yeri tutan Rusiyada bu rəqəm 10,6 saat, 3-cü pillədəki Argentinada isə 10 saatdır.

Şirkətin araşdırmalarına görə, "Facebook"un populyarlığına görə dünya ölkələri arasında Türkiyə 4-cü yerdədir.
İlk onluqda sorakı yerlərdə Çili, Filippin, Kolumbiya, Venesuela, Kanada və Meksika da var.

Milli.Az