Milyonlarla insanın izlədiyi “Survivor”un şifrəsi: “Milçəklər Tanrısı...” - FOTO

3 Fevral 2019 18:45

Hamının maraqla izlədiyi "Survivor" yarışması hər il milyonlarla insanı ekran başına toplamağı bacarır. Yarışmada səmimiyyətin, əyləncə və rəqabətin payı çox yüksəkdir. Lakin yarışma gərginlik və davalarla daha çox yadda qalır.

Bütün bu yarışmada olanlar gerçəkdirmi, yoxsa sadəcə, şoudurmu?

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, türk əsilli amerikalı psixoloq Muzaffer Şerifin "Survivor" haqqında apardığı araşdırma bir çox suallara cavab verib və tarixə düşüb.

Похожее изображение

"Robber Cove" parkında həyata keçirilən sınaqda 24 gəncdən istifadə edilib. Gənclərin bənzər keçmişli, eyni səviyyədə təhsilli olmalarına və ailə durumlarının fərqli olmasına diqqət edilib.

Bir neçə aylıq düşərgəyə gedəcəklərini düşünən gənclər iki qrupa ayrılıb. Hər iki qrup da bir-birindən xəbərsiz olublar. Qruplar bir müddət bir-birilərindən xəbərsiz qurduqları düşərgədə çöl həyatı yaşayıblar.

Картинки по запросу robbers cave experiment boys

Bu da onaların içlərində bir idarəçilik qurmalarına yol açıb. Bu idarəçilik də tamamən özlüyündən yaranıb. İlk mərhələ bitdikdən sonra qruplar qarşı-qarşıya gətirilib.

Картинки по запросу robbers cave experiment food fight

Daha sonra yarışma başlayıb. Yarışmanın başlaması ilə də gərginliklər artıb. Qısa zamanda yarışma daxilində bir-biri ilə dost olan gənclər düşmənə çevrilməyə başlayıblar. Bu gərginlik daha da artdıqca sınağın kontroldan çıxmaması üçün həmin mərhələ dayandırılıb. Keçirilən sınağın son mərhələsi isə küsənləri barışdırmaq olub.

Картинки по запросу muzaffer şerif

Bu sınağın keçirilməsindən sonra gəlinən nəticə belə olub: Lazım olan motivasiya ilə insanlar asan bir şəkildə qütbləşə bilirlər. İnsan xarakterində asan şəkildə bir qrupun təsirinə düşüb, idarəçilik altına keçmək kimi xüsusiyyətlər mövcuddur.

Sosial bir layihə olan və keçirilən bu sınağa "Milçəklər Tanrısı" adı verilib. Səbəb kimi isə insanların da milçəklər kimi rahat şəkildə bir yerə toplana bilmələri göstərilib.

"Milçəklər Tanrısı" ingilis yazıçısı Uilyam Qoldinq tərəfindən 1954-cü ildə alleqorik roman kimi də qələmə alınıb. Bu roman əsasında iki film də çəkilib.

Milli.Az