Trampın getdiyi hərbi bazanı raketlə vurmaq istədilər

3 Fevral 2019 17:30

İraq ordusu ölkənin qərbindəki ABŞ-a məxsus "Ayn əl-Əsəd" hərbi bazasına hücum cəhdinin qarşısını alıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Hücumun planlaşdırıldığı vaxtdan 15 dəqiqə əvvəl 3 raketin ələ keçirildiyi bildirilib.

Xatırladaq ki, ötən ilin dekabrın 26-da ABŞ prezidenti Donald Tramp sözügedən hərbi bazaya səfər etmişdi.

Milli.Az