ABŞ-da ağır yol qəzası nəticəsində uşaq və yeniyetmələr həlak olub, daha 2 nəfər yaralanıb.
Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə Merilend ştatında baş verib.
Ştat polisinin saytındakı press-relizdə bildirilir ki, Prins-Corces dairəsində, yerli vaxtla saat 05:00-də baş verən ölənlər arasında 5 yaşlı uşaqdan 15 yaşlı yeniyetməyə qədər 5 nəfər var.
Onlar qəza zamanı avtomobildən çıxıblar. İstintaq güman edir ki, hadisə zamanı uşaq və yeniyetmələr təhlükəsizlik kəmərindən istifadə etməyiblər.
Yol-nəqliyyat hadisəsi zamanı, həmçinin 32 yaşlı sürücü və 23 yaşlı sərnişin də xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib.
Daha əvvəl bildirilib ki, ABŞ-ın orta qərbində müşahidə olunan şaxtalar nəticəsində azı 21 nəfər ölüb.
Milli.Az