Hakkaridə qarın qalınlığı 5 metri keçib

2 Fevral 2019 23:17

Türkiyənin Hakkari şəhərinin Yüksekova bölgəsində günlərdir aramsız yağan qar və yağışdan sonra bölgənin yüksək yerlərində qarın qalınlığı 5 metri keçib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qar örtüyünün hündürlüyü kəndlərə gedən yolları açmaq üçün çalışan qartəmizləyən maşınların işində çətinliklər yaradıb. Bəzi ərazilərdə qar uçqunu ehtimalına qarşı tədbirlər görülüb.

Milli.Az