"Donuz qripinə" tutulmamaq üçün vacib MƏSLƏHƏTLƏR

2 Fevral 2019 18:44

"Donuz qripindən xüsusi qorunma yolları yoxdur. Virus aşkar olunubsa, əhalidə xof yaratmaq da mənasızdı. Çünki panikaya düşmüş insanların tibb müəssisələrinə axını başlaya bilər. Nəticədə hamı bir-birini yoluxduracaq".

Milli.Az xəbər verir ki, bu barədə həkim-pediatr Vaqif Qarayev öz "Facebook" səhifəsində yazıb.

Həkim əlavə edib ki, virusa yoluxmamaq üçün insanların sıx olduğu məkanlara getməməli, qoruyucu maskalardan istifadə olunmalı, əllər tez-tez yuyulmalıdır.

Yüksək hərarət zamanı temperatur salan dərmanlardan (antibiotiklərdən yox!) istifadə etmək olar.

Çoxlu maye (su, çay, şirələr, kompotlar) qəbul etmək, meyvə-tərəvəzdən bol-bol istifadə etmək lazımdır.

Davamlı yüksək hərarətdə özünü müalicə yolverilməzdir. Həkimə müraciət etmək lazımdır.

Bağça və məktəblərdə nəzarət gücləndirilməli, xəstə uşaqlar bağçaya və məktəbə buraxılmamalıdır.

Yaşlı insanlar və hamilələr daha diqqətli olmalı, vaxtında həkimə müraciət etməlidir.

Milli.Az