"Volkswagen" qapıları və tavanı olmayan avtomobil buraxacaq

5 Fevral 2019 08:46

Alman avtomobil istehsalçısı "Volkswagen" yeni "buggy" tipti avtomobilin tam elektrikli versiyasını mart ayının əvvəlində təqdim edəcək.

Milli.Az finans.az-a istinadən bildirir ki, bu barədə "Volkswagen"in baş dizayneri Klaus Bischoff danışıb. O, bildirib ki, yeni elektrikli "buggy" modeli klassik avtomobilin modern versiyasının necə görünəcəyinə dair fikir yaradır.

Qeyd edək ki, "buggy" tipli avtomobillər ilk dəfə 1960-1970-ci illərdə buraxılıb. Modelin orijinal versiyasında tavan və qapılar yoxdur.

"Volkswagen" sözügedən modeli Beynəlxalq Cenevrə Avtomobil Sərgisində tanıdacaq.

Milli.Az