Bakıda ən ucuz torpaq sahəsi hansı rayondadır?

6 Oktyabr 2011 13:46
Bu ilin avqust ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. "Əmlak Bazarı İştirakçılar" İctimai Birliyindən Anspress-ə verilən məlumata görə, köhnə yaşayış evlərinin sökülməsi tendensiyası zəif olaraq qalıb. Boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam edib.

Avqustda bazara təklif olunan ümumi 777,5 ha torpaq sahəsinin 78,6 faizini boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin azalmasına və şəhərin mərkəzində torpaq sahələrinə tələbin artımına baxmayaraq bazarda orta qiymət azalması davam edib (0,4 faiz).

Avqust ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma qeydə alınıbdır. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 13892 $/sot səviyyəsindən 0,4 faiz azalaraq 13836 $/sot təşkil edib. Qiymət azalmasının əsas səbəbi ay ərzində tələbin kəskin azalması ilə bağlı olub.

Ay ərzində şəhərin bütün zonalarında qiymət azalması müşahidə edilib.

Zоnalar Qiymətlər, $/sоt Qrta qiymət dəyişməsi, %

I zоna    171075 - 0
II zоna   96114   - 0
III zоna  18422  - 0,3
IV zоna  3411    - 0,4

Avqust ayında rayonlar üzrə qiymət artımı baş verməyib. Xəzər və Sabunçu rayonlarında cüzi qiymət azalması baş verib (müvafiq olaraq 0,1 və 0,2 faiz). Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Xətai rayonlarını aid etmək olar. Ən passiv rayon isə Nəsimi rayonudur.

Avqust ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 250 min $\sot Nəsimi (Təzə Bazarın yaxınlığı) rayonunda, ən ucuz torpaq sahəsi isə 350$\sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.

Milli.Az