Gürcüstanda azərbaycanlı güllələndi

2 Fevral 2019 07:35

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə gənc oğlan qətlə yetirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Telavi rayonunun Qaracala kəndində məscidin qarşısında baş verib.

19 yaşlı gənci həmyerlisi güllələyib.

Yerli sakinlərin bildirdiyinə görə, qətlə səbəb qisas olub.

Hadisəni törədən şəxs artıq polisə təslim olub.

Milli.Az