"Nissan"ın baş icraçı direktoru "Renault"un sədri ilə görüşmək niyyətindədir

3 Fevral 2019 21:35

"Nissan" şirkətinin baş icraçı direktoru Hiroto Saikava "Renault" şirkətinin sədri Jen Dominik Senardla Niderlandda ilk dəfə üzbəüz görüş keçirmək niyyətindədir.

Milli.Az insider.az-a istinadən bildirir ki, bu barədə Saikava jurnalistlərə açıqlama verib.

"Mən Senardla görüşmək üçün bütün imkanlarımdan istifadə etmək istəyirəm"-deyə, o vurğulayıb.

Qeyd edək ki, "Renault", "Nissan" və "Mitsubishi" alyansının ənənəvi görüşündə sədr kimi Karlos Qonu Senard əvəz edəcək.

Qon Yaponiyada maliyyə pozuntularına görə ittiham edilərək həbs edilib və hər üç şirkətdə tutduğu postlardan azad edilib.

Milli.Az