450 pəhləvan Bakıda döşəyə çıxacaq

7 Aprel 2010 19:08
Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, yarışda Azərbaycan da daxil olmaqla, 38 ölkədən 450-yə yaxın idmançının iştirakı gözlənilir.

Avropa çempionatında mübarizə aparacaq komandalar ölkəmizə aprelin 10-dan etibarən gəlməyə başlayacaqlar.

Heydər Əliyev adına İdman-Konsert Kompleksində (Abbas Səhhət küçəsi 2) keçiriləcək yarışlar hər gün saat 13.00-da başlayacaq. Təntənəli açılış mərasimi aprelin 13-də saat 18.30-da olacaq. Azarkeşlərin arenaya  girişi pulsuz olacaq.

Sabah isə, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev sərbəst və yunan-Roma güləşi üzrə komandalarımızın üzvləri ilə görüşəcək. Həmin görüşdə Avropa çempionatında ölkəmizi təmsil edəcək pəhləvanlarımızın adı açıqlanacaq.

Milli.Az