Müğənni Demet Akalın Okan Bayülgenə cavab verdi: “Seks yoxdur, uşağa baxırıq”

1 Fevral 2019 20:34

Ötən gün mükafatlandırma mərasimlərindən birinə qatılan Okan Bayülgen çıxışı ilə gecəyə damğa vurub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Belə mərasimləri sevirəm. Çoxdandır görmədiyim dostlarımla qarşılaşıram. Amma mükafatını alan sevişməyə qaçır. Şünki sevişməyə vaxt tapmırıq" deyə, söyləyib.

Onun bu sözləri isə sosial mediada müzakirə olunub.

Müğənni Demet Akalın isə bu xəbərlə bağlı paylaşımların birinə "Okana deyin, 8-də başlayan mərasimə 7:30-da gəlib, evimə qayıtmışam. Seks yoxdur, uşağa baxırıq" deyə, yazması isə gündəm yaradıb.

Milli.Az