"Biz, Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış və özünü qanunsuz rejimin "başçısının" qondarma "mətbuat katibi" kimi təqdim edən David Babayanın əvvəllər də ölkəmizə qarşı iftira xarakterli fikirlər səsləndirdiyinin şahidi olmuşuq və növbəti dəfə o, "hidro-terror" mövzusunda cəfəng fikirləri ilə "fərqlənib". Babayanın münaqişə nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz separatçı rejimin törətdiyi ekoloji cinayətləri unudaraq, hazırda davam edən vəziyyətə görə məxsus olduğu rejimin daşıdığı məsuliyyəti ört-basdır etməsi və kənarda "təqsirkar" axtarışı gülüncdür".
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bildirib. Bu səbəbdən, İcma rəhbəri Babayanın yaddaşını təzələmək və onun diqqətinə bəzi faktları çatdırıb:
Danışıqlardan daha konkret nəticələr gözləyirik - Dağlıq Qarabağ azərbaycanlılarının rəhbəri
Qətnamədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşən Sərsəng su anbarında keçən dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması səbəbindən bütün ətraf ərazilər üçün təhlükə yarandığı qeyd olunub. Sərsəng su anbarının baxımsız vəziyyətdə qalmasının çoxsaylı insan tələfatı və böyük fəlakətə gətirib çıxara biləcəyi vurğulanıb. Qətnamə həmçinin Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistanın su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edib.
Hazırda Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması və keçən müddətdə təmir edilməməsi ucbatından Azərbaycanın 7 rayonunun 400.000 nəfərlik əhalisinin həyatı ciddi təhlükə altındadır. Sərsəng su anbarı 120 min hektar torpaq sahəsinin suvarılması üçün layihələndirilmişdi və işğal buna mane oldu. Həmçinin vurğulamaq istərdim ki, erməni tərəfi suya ehtiyac olduğu vaxtda, yay aylarında bəndi bağlamaqla və lazımsız vaxtlarda suyu açıb buraxmaqla torpaqlarımıza ciddi ziyan vurmaqda davam edir. Bu da məhz hidro-terrorun Azərbaycana qarşı aparıldığının bariz nümunəsidir".
Tural Gəncəliyev: "Paris görüşü münaqişənin sülh yolu ilə həllində irəliləyişin əldə olunmasına ümidlərimizi artırır"
Qeyd etdiyim faklardan istifadə etməklə Babayan "separatçı rejimin həyata keçirdiyi hidro-terror" mövzusunda monoqrafiya təqdim etsəydi, daha tutarlı görünərdi.
Ermənistanın Azərbaycana qarşı hərbi işğalı başa çatdıqdan sonra regionun zəngin su resursları Azərbaycanın sərhədləri daxilində bölgədə sülh şəraitində yaşayacaq erməni və azərbaycanlı icmaları tərəfindən birgə istifadə olunaraq, kənd-təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin inkişafına xidmət göstərə bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə dialoq çərçivəsində su resurslarının gələcək effektiv istifadəsi kimi məsələləri də müzakirə etməyə hazırıq".
Yusif Nəsirli
Milli.Az