Dubay polisində virtual məhkəmə zalı açılıb

1 Fevral 2019 07:21

Xırda maliyyə cinayətləri barəsində işlər üzrə şübhəli bilinənlər vaxta qənaət etmək üçün məhkəmədə videokonfrans formatında iştirak edə bilərlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Dubay polisinin cinayət araşdırmaları departamentinin direktoru Camal Səlim Al-Cəllaf bildirib. O deyib ki, yeni elektron sistemin mühakimə prosesinə tətbiqi məhkəmə proseslərinin gedişini sürətləndirəcək. Cəllafın sözlərinə görə, polis öz fəaliyyətində ən müasir elmi-intellektual platformalardan istifadə edir.

Bildirilir ki, virtual məhkəmə zalı Dubay polisinin axtarış şöbəsində açılıb. Bu format ödənilməmiş çeklər və s. kimi xırda maliyyə cinayətləri törətmiş şəxslər üçün məhkəmə istintaqını sürətləndirməyə xidmət edir.

Milli.Az