Necati Şaşmaz sevgilisi ilə reklama çəkiləcək

5 Oktyabr 2011 20:55
"Kurtlar Vadisi" serialında Polat rolunu canlandıran Necati Şaşmaz və "Muhteşem yüzyıl"da Mahidevran rolunu ifadə edən Nur Fettahoğlu yeni reklam çarxına çəkiləcək. Milli.Az xəbər portalının məlumatına görə, bir müddətdir sevgili olduqları iddia edilən Necati Şaşmaz və Nur Fettahoğlu "Ukra İnşaat" şirkətinin yeni reklamında tərəf müqabili olacaq. Türkiyə mətbuatı cütlüyün eyni reklama çəkilməsini münasibətlərini reklam çarxı ilə elan etməsi kimi qiymətləndirir.

Milli.Az