Onun nadir istedadı dünya ulduzlarını belə heyran qoyur - FOTO

10 Fevral 2019 20:40

Hər ötən gün sənətin bambaşqa bir növünə rast gəlirik. Bu sənət növü isə bir qadının dodaqlarında yaranır...

Yasmin Daniel.

Dodaqlarında rəsm çəkən o qəribə istedadlı qız.

Milli.Az xəbər verir ki, o hazırda Kaliforniya ştatının Los Anceles şəhərində yaşayır. Lakin mükəmməl istedadı onu bütün dünyaya tanıtmağa bəs edir.

Mükəmməl bədən quruluşuna sahib olmasa da dolğun dodaqları ilə diqqəti özünə cəlb edə bilir. Buna görə də rəsmlərini rahatlıqla dodaqlarına həkk edir.

28 yaşlı avstraliyalı sənətçi öz əsərlərini instaqram hesabı vasitəsilə izləyicilərinə nümayiş etdirir. Onun instaqram izləyicilərinin sayı 1,2 milyondur. Yutub kanalında isə bu rəqəm 50 mindir.

O, eyni zamanda, makiyaj ustasıdır. (publika.az)

Milli.Az