Zakir Fərəcov: "Sumqayıt Kimya Sənaye Parkında işləyən şəxslərin 90%-i Sumqayıt sakinləridir"

30 Yanvar 2019 12:03

Sumqayıt Kimya Sənaye Parkında işləyən şəxslərin 90%-i Sumqayıt sakinləridir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıt şəhərinə səfəri zamanı deyib.

İcra başçısı bildirib ki, Sumqayıt Kimya Sənaye Parkı Zaqafqaziyanın ən böyük sənaye parklarından biridir:

"Əvvəllər Sumqayıtda isizlik problemi var idisə, bu gün həmin problem artıq aradan qaldırılıb. Buna səbəb isə şəhərimizdə yeni tikilən sənaye müəssisələridir. Burada çalışan mühəndis və fəhlələrin 90%-i Sumqayıt şəhərinin sakinləridir".

Zakir Fərəcov qeyd edib ki, hazırda parkda müəssələrin bir qismi fəaliyyət göstərir, ilin sonuna kimi digər inşa olunan müəsssisələrin də istifadəyə verilməsi gözlənilir.

Milli.Az