İnsan psixologiyasına təsir edən QİDALARIN SİYAHISI - FOTO

10 Fevral 2019 23:15

Xüsusən də böyük şəhərlərdə həyatından şikayət edən insanların sayı artır. Günəş şüasının azaldığı, havaların soyuq və yağmurlu keçdiyi bu günlərdə bir çox insan özünü bədbəxt və gücsüz hiss edir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bəzi meyvələr və qidalar insan psixologiyasına təsir edir. Siyahını oxucularımızla bölüşürük.

Banan

Banan insanın ruhi vəziyətinə kömək edən seratonin ifrazını təmin edən amin turşusu tərkiblidir. Eyni zamanda tərkibində B vitamini olan folat var.

Qırmızı meyvələr

Çiyələk, tut, böyürtkən kimi qırmızı meyvələr də faydalıdır. Bu meyvələrin tərkibində olan flavonoid antosiyanidin artan depresiya ilə əlaqəsi olan enflamasiyanı da azaldır.

Qara şokolad

Tünd şokolad antioksidant mənbəyidir. Eyni zamanda stres hormonu adlandırılan kortizolu da azaldır. Şirniyyat istəyini qara şokolad qəbul etməklə dəf etmək olar. Amma kakao dəyəri yüksək olan şokoladları üstün tutsanız, kalorisinin yüksək olduğunu unutmayın.

Yumurta

Yumurtanın tərkibində omeqa-3 turşusu, sink, B vitaminləri var. İnsanı uzun müddət tox saxlayır. Gündə bir ədəd yumurta həm də arıqlamağa kömək edir. 

Somon balığı
Somonun da tərkibində ruh halımızı yaxşılaşdıran və depresiya ilə mübarizədə kömək edən omeqa-3 yağları var. Bu balığı qızartma yox, sobada və ya setka üzərində bişirmək daha məsləhətlidir. Həftədə ən azı üç dəfə balıq qəbul edənlər omeqa-3 ehtiyacını qarşılayır.

Sarıkök

Sarıkökün tərkibində olan kurkumin maddəsi psixologiyaya müsbət təsir edir. Hər gün bir çay qaşığı qəbul etmək məsləhətlidir. Xüsusən də tərəvəzli yeməklərə əlavə etmək yaxşıdır.

İspanaq

İspanağın tərkibində depresiyanı zəiflədən və yorğunluğu azaldan foli turşusu var. İspanağı bişirəndə qazın üstündə çox saxlamayın. Bişirmə zamanı qazanın qapağını da çox açmayın.

Lobya

ABŞ-ın Kənd Təsərrüfatı nazirliyi tərəfindən aparılan bir tədqiqata görə, lobyanı həftədə iki dəfə qəbul etmək məsləhətdir. Bu həm enerjini artırır, həm də uzun müddət tox qalmağa kömək edir.

Kefir

Kefirin tərkibi bağırsaq sağlamlığı üçün vacib olan probiotik bakteriyalarla zəngindir. Süd məhsulu olduğu üçün tərkibində laktoz miqdarı azdır. Bundan başqa kefirin tərkibində B12 və D vitaminləri də var.

Milli.Az