"Mitsubishi" 5 minə yaxın avtomobili geri çağırıb

29 Yanvar 2019 22:44

"Mitsubishi" şirkəti Rusiyada 4,95 min avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərar avtomobillərin akkumulyator naqilinin qızması ilə bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2018-ci ilin martından avqustunadək satılmış "Outlander" modellərinə şamil olunur.

Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Milli.Az