İslam dini insandan bütün varlıqlara şəfqət və mərhəmətlə yanaşmağı tələb edir. Müsəlman yer üzündə Allahın xəlifəsi olduğunu anlamalı və təbiətə hökm edə bilmək qüdrətinin məsuliyyətini dərk etməlidir. Bitkilər və canlılar, həşəratlar və quşlar insandan haqsız yerə ziyan görməməlidirlər.
Milli.Az islam.az-a istinadən bildirir ki, bu varlıqları əbəs yerə öldürmək qəddarlıq və zülmdür, həddi aşmaqdır. Həddi aşmaq isə böyük günahdır. Həşəratlar əgər insana ziyan vermirsə, onları öldürmək olmaz. Əgər insana ziyan verirsə, onu narahat edirsə, dişləyirsə, evdəki ərzağı və sairə əşyaları korlayırsa, bu halda imkan dairəsində həşəratı evdən uzaqlaşdırmaq və zərər yetirə bilmədiyi bir mühitə köçürmək lazımdır. Əgər bu mümkün deyilsə və başqa yol qalmırsa, o halda ziyanverici həşəratı öldürmək olar.
Milli.Az