Polis əməkdaşları hətta xidmətdən kənar vaxtı belə sayıqlıq və operativlik göstərərək cinayətlərin qarşısının alınmasında və açılmasında, təhlükəsizliyin qorunmasında fərqlənirlər.
DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, yanvarın 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 1 ədəd mobil telefonu soyğunçuluq yolu ilə aparmağa cəhd göstərən şəxs xidmətdən kənar vaxtı həmin mağazada olan Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən yaxalanıb.
13-cü Polis Bölməsinə təhvil verilmiş həmin şəxsin Bakı şəhər sakini Z.Kərimov olduğu müəyyən edilib.
Araşdırma aparılır.
Pünhan Mirzə
Milli.Az