Bakıda avtobus piyadanı vurub öldürdü

9 Fevral 2019 20:12

Bakıda "İveco" markalı xətt avtobusu ilə Şamaxı rayon sakini vurulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, fevralın 8-də saat 8 radələrində Nəsimi rayonunun S.Vurğun küçəsində Bakı şəhər sakini Elxan Məmmədov idarə etdiyi "İveco" markalı xətt avtobusu ilə yolu keçən Şamaxı rayon sakini Mehriban Hüseynovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az