Qadınların diqqətinə: Təhlükəli olan 6 kosmetik vasitə - ADLAR

28 Yanvar 2019 23:47

Bir sıra kosmetik məhsullar var ki, onlar insanın dərisinə möcüzəvi təsir göstərir. Lakin bəzi kosmetik vasitələrin istifadə edilməsi tövsiyə olunmur. Belə ki, bu vasitələr dəriyə zərər verərək insan sağlamlığı üçün bir sıra təhlükələr yaradır.  

Milli.Az medicina.az-a istinadən həmin kosmetik vasitələrdən bir neçəsini təqdim edir: 

1. Kosmetik zər  

Müasir zamanda zərli kosmetika dəbdədir. Amma onlardan nə qədər uzaq dursanız, bir o qədər yaxşı olar. Bu, çox az miqdarda olduqda təhlükə yaratmır. Amma bu cür maddələrdən həddən artıq istifadə dəridə qıcıqlanma yaradaraq zərər verir. 

2. Kutikulanı təmizləmək üçün qayçı 

Salonda və ya evdə manikür etməyinizdən asılı olmayaraq, barmaqlarda olan kutikulların təmizləyərək daha gözəl görüntü əldə etmək mümkündür. Amma bu törəmələr əllərdə əbəs yerə yaranmır. O orqanizmdə infeksiyaya səbəb ola biləcək bakteriya və göbələklərin inkişaflarının qarşısını alır. Buna görə də onları kəsməzdən əvvəl bir az düşünün.

3. Dodaqlar üçün skrab
 
İnsanlar dodaqlarına skrab çəkərək, onun qurumuş dərisindən azad olacaqlarını düşünsələr də, əslində, bu çox zərərlidir. Skrab istifadə sindən sonra dodaqlar çox quruyur və həssaslığı artır. Bunun səbəbi isə onun dodağın həm quru, həm də normal dərisini sıyaraq onu zədələməsidir. Bu isə nəticədə dodaqların daha çox çatlamasına və zədələnməsinə səbəb olur. Yaxşı olardı ki, dodaqlara spirtsiz balzam çəkəsiniz. 

4. Tük tökən kremlər  

Depilyasiya üçün nəzərdə tutulan kremlərin tərkibi kimyəvi maddələrdən ibarət olduğu üçün dərini qıcıqlandırır və hətta yanıqlar əmələ gətirir. Buna görə də həssas dərini insanlar bu vasətələrdən istifadə etməsələr daha yaxşı olar. 

5. Süni ətirli dezodorantlar
  
Gün boyu tərin iyini hiss etməmək üçün istifadə edilən düzororantların tərkibində süni gül və ya digər kimyəvi birləşmələr olur. Bəli, tərin iyinin qarşısının alınması üçün bu həqiqətən də kömək edir, amma onların kimyəvi maddələrdən təşkil edildiyini də unutmaq olmaz. Bu maddələr allergiya, reproduktiv sistemin işinin pozulması və hətta respirator problemlərə də yol aça bilər.

6. Sellülit əleyhinə kremlər

Baxmayaraq ki, bu tip kermlərin tərkibi mütəxəssislər tərəfindən təyin edilir, onlar bir sıra sağlamlıq problemlərinə yol aça bilər. Bu kremlər əksər hallarda damarları genişləndirərək, şişkinlik əmələ gətirir ki, bu da sellüliti müvəqqəti olaraq aradan qaldırır. Buna görə də bu cür kremlərdən uzun müddət istifadə etmək məsləhət deyil.

Milli.Az