Hadisənin paylaşımı qalmaqal yaratdı - Qalibin adını əvvəldən yazıb

28 Yanvar 2019 15:29

Xəbər verdiyimiz kimi, ötən gün "O Səs Türkiyə" yarışmasının finalı keçirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqramda qalibin adı açıqlanmamışdan öncə reklam fasiləsi verilib.

Münsiflərdən Hadisə isə reklam zamanı sosial mediadan qalibin adını açıqlayıb.

Onun bu paylaşımı isə qalmaqala səbəb olub. Çünki qalibin adı ilk öncə verilişdə açıqlanmalı idi.

Qeyd edək ki, müsabiqənin qalibi Murat Bozun komandası olub.

Milli.Az