İnsan orqanlarının alverilə məşğul olan general həbs edildi
7 Aprel 2010 18:03
Yerli mətbuatın məlumatına görə, polis qrupun fəaliyyətini xeyli vaxt müşahidə edərək, cinayəti sübuta yetirəcək faktlar toplayıb. Məlum olub ki, onlar ölkədə yoxsul insanları taparaq, onları orqanlarını satmağa razı salırmış. Üstəlik qrup üzvləri insanları aldadırmış. Məsələn, 1 böyrəyə 100 min dollar vəd olunsa da, əməliyyatdan sonra zavallı yoxsul maksimum 10 min dollar ala bilirmiş.
Hələlik 6 nəfər həbs edilib. Onların arasında 62 yaşlı istefada olan briqada generalı Meir Zamir də var.
Milli.Az