Qvardiola La Liqa klubunda

27 Yanvar 2019 12:58

İspaniyanın "Valyadolid" klubu heyətini yeni futbolçuyla gücləndirib.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, La Liqa təmsilçisi Sequndada çıxış edən "Kordoba"dan Serxi Qvardiolanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

27 yaşlı forvardla 2023-cü ilə qədər müqavilə imzalanıb.

Qvardiola ötən mövsüm Sequndada 40 oyunda iştirak edərək, 20 qol vurub.

Milli.Az