Xalq artistinin 42 il öncəyə aid paylaşımı heyranlıq doğurdu - FOTO

27 Yanvar 2019 12:46

Xalq artisti Firəngiz Mütəllimova 42 il əvvələ aid fotosunu paylaşıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktrisa sosial şəbəkə hesabındakı fotosunun altından İncəsənət Universitetinin birinci kursunda oxuyarkən qeydini yazıb:

"1977 ci il. Dram və kino aktyorluğunun birinci kurs tələbəsi".

İzləyicilər şərhlərində aktrisanın çox gözəl və məsum göründüyünü bildiriblər.

Qeyd edək ki, Firəngiz Mütəllimovaya 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adları verilib. ADMİU-nun dosentidir.

Aktrisa "Səni axtarıram" adlı teletamaşada oynadığı Gülnar obrazı ilə şöhrət tapıb.

Milli.Az