Qurban bayramında Azərbaycanda neçə qeyri-iş günü olacaq?

5 Oktyabr 2011 12:31
Azərbaycanda Qurban bayramı noyabrın 6-7-də qeyd olunacaq. Anspress-in məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib. O deyib ki, noyabrın 6-sı bazar gününə düşdüyü üçün noyabrın 8-i qeyri-iş günü olacaq.

Noyabrın 9-u isə Dövlət Bayraq Günüdür. Həmin gün də qeyri-iş günüdür.

Milli.Az