Rafael Ağayev zədəli ola-ola finala çıxdı - FOTO

26 Yanvar 2019 12:04

Beşqat dünya çempionumuz Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Karate1 Premyer Liqa turnirinin finalına yüksəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xorvatiyalı Enes Qariboviçlə ikinci görüşün ortalarında çənəsindən zədələnən R.Ağayev sonrakı iki görüşdə də qalib gəlib.

Yarımfinalda iranlı Əli Əsgər Asyabari ilə görüşdə sifətindən daha bir zədə alan karateçimiz sabah finalda turnirin favoritlərindən sayılan Ken Nishimura (Yaponiya) ilə qarşılaşacaq.

Xatırladaq ki, Rafael ötən il bu yarışın finalında son saniyədə ehtiyatsızlığı üzündən məhz bu rəqibinə 1:2 hesabı ilə uduzub qızıl medalı əldən vermişdi.

Daha üç idmançımız - Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici görüşlərə qatılsa da, nəticədə medal qazanmaq şansını əldən veriblər. Bu gün daha on idmançımız mübarizəyə qatılacaq.

Milli.Az