İtaliyada vertolyotla təyyarənin toqquşması nəticəsində ölənlərin sayı artıb - VİDEO - FOTO

26 Yanvar 2019 08:38

İtaliya səmasında vertolyotla turist təyyarəsinin toqquşması nəticəsində ölənlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Rai News 24" telekanalı məlumat yayıb.

Məlumata görə, aviaqəza nəticəsində həlak olanların sayı 5 nəfərə çatıb.

Bildirilir ki, hadisə zamanı xəsarət alanlar Fransa və İsveçrə vətəndaşlarıdır. Məlumata görə, hadisə Valle-d Aosta regionunun səmasında baş verib.

İtaliyada vertolyot turist təyyarəsi ilə toqquşub.

Hələlik hadisənin başvermə səbəbi barədə məlumat yoxdur.

Milli.Az

#ValledAosta, ghiacciaio del #Rutor: le prime immagini video del #SoccorsoAlpino dal luogo dell'incidente. Seguono aggiornamenti. pic.twitter.com/tbZ2eXigET

- Corpo Nazionale Soccorso Alpino e Speleologico (@cnsas_official) 25 января 2019 г.