"Mələk geyimi" deyilən qanadlı paltarları uşağa geyindirmək günahdırmı?

29 Yanvar 2019 21:50

Uşaqlar üçün mələk geyimi deyilən qanadlı paltarlar var. Onları uşağa geyindirmək günahdırmı?

Əvvəla, mələklərin mütləq qanadlarının olduğunu iddia etmək düzgün deyil. Bəzi hədislərdə mələklərin qanadlarının olması bildirilsə də, əvvəla, bu xüsusiyyət bütün mələklər üçün vacib deyil.

Milli.Az islam.az-a istinadən bildirir ki, mələk müxtəlif cildlərə, o cümlədən qanadlı varlıq şəklinə düşə bilər. İkincisi, qanad zahiri mənada deyil, güc, qüvvət, böyük sürətlə hərəkət etmək imkanı mənasında da yozula bilər. Lakin insanların təsəvvüründə mələklər mütləq qanadlı varlıqlar kimi təsəvvür edilir. Uşaqlara mələyi simvolizə edən qanadlı paltar geyindirmək günah deyil. Çünki bu, uşağın məsumluğunu nəzərə çarpdırmaq üçün edilir. Heç kim uşağın həqiqətən insan deyil, mələk olduğunu düşünmür. Bu cür geyimlər simvolik mənada qəbul olunur və əzizləmək, gözəl göstərmək məqsədi ilə uşaqlara geyindirilir.

Milli.Az