Belçikada fabrikdə PARTLAYIŞ: Yaralananlar var

25 Yanvar 2019 14:50

Belçikanın Qərbi Flandriya əyalətində fabriklərin birində partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 işçi xəsarət alıb.

Həmin işçilərin xəstəxanaya yerləşdirildiyi deyilir.

Partlayışın səbəbləri məlum deyil, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az