Yeni qurğu elektrik və hidrogen istehsal edərək okeanları təmizləyir

25 Yanvar 2019 08:52

ABŞ və Cənubi Koreya alimlərinin kəşfi bir neçə problemin ideal həllidir: yeni qurğu okeanda həll olmuş karbon qazından elektrik və hidrogen istehsal edəcək.

Milli.Az bildirir ki, bu barədə məlumat AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun saytında yer alıb. Qeyd olunub ki, ABŞ-ın Corciya ştatının Texnologiya Universiteti və Ulsan Milli Elm və Texnologiya İnstitutunun alimləri hidratasiya vasitəsilə 1000 saat ərzində CO2 konversiya reaksiyası zamanı davamlı olaraq elektrik enerjisi və hidrogen istehsal edən hibrid sistem hazırlayıblar. Bu sistem enerji istehsal etməklə okeanları təmizləyir. Bu barədə EurekAlert xəbər verir.

Sistem elektrodlara zərər vermədən 1000 saat davamlı işlədikdən sonra sabitliyini sübut edib. Alimlər əmindilər ki, elektrolitləri, ayırıcıları (separatorları) və katalizatorları gələcəkdə daha da yaxşılaşdıra bilərlər. Bu isə reaksiyanın səmərəliliyini artıracaq.

Milli.Az