Azərbaycan məhsulları “Beynəlxalq Yaşıl Həftə”də nümayiş olunur

24 Yanvar 2019 16:09

Almaniyanın Berlin şəhərində ənənəvi "Beynəlxalq Yaşıl Həftə-2019" sərgisi keçirilir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Fondunun təşkilatçılığı ilə 14 Azərbaycan şirkəti şərab və digər spirtli içkilər, müalicəvi bitki çayları, qənnadı məhsulları, qurudulmuş meyvələr və s. məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendi ilə təqdim edir.

Xüsusi zövq və dizaynla hazırlanmış "Made in Azerbaijan" stendi sərgiyə gələnlər tərəfindən maraqla qarşılanır.

Sərgi yanvar ayının 27-dək davam edəcək.

Milli.Az