ÜMİD və ADP anlaşdı

7 Aprel 2010 17:04
"Azərbaycan Demokrat Partiyası ilə namizədlərin müəyyənləşdirilməsində heç bir problem olmayacaq. Namizədlərin birgə müəyyənləşdirilməsi üçün digər partiyalarla da danışıqlar gedir", - deyə Trend-ə Ümid Partiyası sədrinin müavini Ənvər Ağayev bildirib.

Onun sözlərinə görə, müxalifət seçkilərə birgə getməyəcəksə, Ümid və Demokrat partiyaları namizədlərini birgə razılaşdırmağa məcbur olacaq. "Bizim razılaşmaya digər partiyaların qoşulacağı da istisna olunmur", - partiya funksioneri əlavə edib.

Ağayev deyib ki, partiyanın Rəyasət Heyəti artıq 31 nəfərin namizədliyini təsdiqləyib. "İddialı namizədlərin sayı isə 70-dən çoxdur. Əgər müxalifət daxilində ümumi razılaşma əldə olunarsa, təbii ki, deputatlığa namizədlərin siyahısına yenidən baxılacaq. Bu halda daha çox seçilmək şansı olan namizədlərin siyahısı bir daha müəyyənləşdiriləcək", - o, vurğulayıb.

/Trend/