Konqoda Ebola virusuna yoluxanların sayı 713 nəfərə çatıb

24 Yanvar 2019 08:08

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 713 nəfər çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Konqonun səhiyyə nazirliyindən bildiriblər.

Nazirliyin məlumatında deyilir: "Çərşənbə, 2019-cu il yanvarın 23-ü üçün vəziyyət: 713 yoluxma halı, 664-ü təsdiqlənib, 49-u isə mümkün. Virusun yayılması nəticəsində 439 nəfər həlak olub, 247 nəfər müalicə edilib".

Milli.Az