Təcavüzdə günahlandırılan müğənni sərbəst buraxıldı

23 Yanvar 2019 12:17

Məşhur müğənni Kris Braun sərbəst buraxılıb.

Milli.Az Sputnik Türkiyə-yə istinadla xəbər verir ki, ABŞ-lı reper və müğənni Kris Braun təcavüzdə ittiham olunurdu.

Fransada saxlanılan müğənni ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Müğənni daha sonra şəxsi Instagram hesabında ona böhtan atanları təhqir edib və onları məhkəməyə verəcəyini söyləyib.

Fuad
Milli.Az